• Bakı 25° C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Tacikistanda mədəndə qəza: ölənlər var

DÜNYA

18 Yanvar 2025 | 17:20

Tacikistanda mədəndə qəza: ölənlər var

 Tacikistanın şimalında yeraltı işlər zamanı üç şaxtaçı həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tacikistanın Fövqəladə Hallar Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Faciə Soqd vilayətinin Ayni rayonundakı "Fon-Yaqnob" kömür mədənində baş verib.

"Yanvarın 17-də saat 14:00-da Fövqəladə Hallar Komitəsinin növbətçi hissəsinə "Fon-Yaqnob" mədənində iş zamanı uçqunun baş verdiyi və üç mədənçinin dağıntılar altında qaldığı barədə siqnal daxil olub", - məlumatda bildirilir.

Vurğulanıb ki, müvafiq orqanlar mədəndə baş verənlərin dəqiq səbəbini müəyyən edəcək.


SON XƏBƏRLƏR

02 Iyul 2025