• Bakı 22° C

    4.5 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.0331

Zelenski: Heç bir razılaşmanı tanımayacağıq

DÜNYA

17 Fevral 2025 | 16:26

Zelenski: Heç bir razılaşmanı tanımayacağıq

“Ukraynanın iştirakı olmadan Səudiyyə Ərəbistanında qəbul ediləcək heç bir razılaşmanı tanımayacağıq”.

Bakıvaxtı.az “Interfax-Ukraine” portalına istinadən xəbərinə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanında Rusiya və ABŞ rəsmiləri arasında görüşü şərh edərkən deyib.

O bildirib ki, danışıqların detalları barədə məlumatı şəxsən bu ölkənin baş naziri Məhəmməd bin Salmandan öyrənəcək.

V. Zelenski eyni zamanda BƏƏ-yə səfəri zamanı neftin qiymətinin azaldılması məsələsini də qaldıracağını deyib. Ukrayna lideri əlavə edib ki, buna yalnız ABŞ lideri Donald Tramp nail ola bilər:

“Mən buna kimin nail olacağını bilmirəm. Hesab edirəm ki, neftin qiymətinin azaldılması üçün kifayət qədər resurslara məhz rəsmi Vaşinqton daxildir. Məncə o, qarşısına məqsəd qoysa, buna nail olacaq”.


SON XƏBƏRLƏR