Avropa İttifaqı bu və ya digər şəkildə Ukrayna münaqişəsinə son qoymaq üçün sazişin bağlanmasında iştirak edəcək.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, saziş çərçivəsində Moskva Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların yumşaldılmasını tələb edə bilər.
Agentlik yazır ki, Amerika tərəfi Avropa Assosiasiyasının iştirakını zəruri hesab edir. Çünki Rusiya sazişin bir hissəsi kimi onun tətbiq etdiyi sanksiyaların ləğvini istəyir.
ABŞ həmçinin avropalı tərəfdaşlarını məlumatlandırıb ki, prioritet döyüşlərə son qoymaq və daha sonra Ukrayna üçün mümkün təhlükəsizlik təminatları kimi məsələlər müzakirə olunmalıdır.
Gülşən Şərif
Bakı 


