Britaniya hökuməti sosial müavinət sistemində islahatlar aparmağı planlaşdırır.
Bakıvaxtı.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, məqsəd 2030-cu ilə qədər illik 5 milyard funt sterlinq qənaət etməkdir.
Belə ki, İş və pensiyalar üzrə dövlət naziri Liz Kendall dəyişikliklərin insanları işə təşviq edəcəyini bildirib. Yeni qaydalara görə, yüngül sağlamlıq problemləri olan şəxslərin əlillik müavinəti alması çətinləşəcək, mövcud müavinət alanlar üçün əlavə ödənişlər dondurulacaq, yeni müraciət edənlər üçün isə məbləğ yarıya qədər azaldılacaq.
Bundan əlavə, 22 yaşdan aşağı şəxslərin universal kredit əlavələri almaq hüququ məhdudlaşdırıla bilər.
Hökumət qənaətin əsasən əlillik müavinətlərindən ediləcəyini vurğulayıb. Pandemiyadan sonra bu xərclər sürətlə artaraq illik 65 milyard funta çatıb və 2029-cu ilə qədər 100 milyard funt olacağı gözlənilir.
Əli Hüseynov