• Bakı C

    14.31 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Ukrayna Rusiyadakı obyektlərə zərbələri dayandırmayıb - Peskov

DÜNYA

19 Mart 2025 | 15:30

Ukrayna Rusiyadakı obyektlərə zərbələri dayandırmayıb - Peskov

“Kiyev gecə saatlarında Rusiyanın ərazisindəki obyektlərə zərbələrin endirilməsini dayandırmayıb. Bu isə Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın münaqişənin dinc yolla həlli istiqamətlərindəki səyləri ilə ziddiyyət təşkil edir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

    O bildirib ki, Rusiya dövlət başçısının Ukraynanın infrastruktur obyektlərinə zərbələrin dayandırılması haqqındakı əmri dərhal yerinə yetirilib.

    Peskovun sözlərinə görə, “hazırda Rusiya hakimiyyəti Kiyevin Moskva ilə Vaşinqtonun sülh yoluna yönəlmək istiqamətindəki niyyətinə uyğun davranıb-davranmayacağını diqqətlə izləyir”.

    “19–20 mart tarixlərində Rusiya ilə ABŞ həm növbəti təmasların tarixini və bu prosesdə iştirak edəcək şəxslərin siyahısını razılaşdırır”, - Kreml rəsmisi əlavə edib.


    SON XƏBƏRLƏR