• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Ukrayna və BƏƏ iqtisadi tərəfdaşlıq sazişi imzaladı

DÜNYA

17 Fevral 2025 | 15:28

Ukrayna və BƏƏ iqtisadi tərəfdaşlıq sazişi imzaladı

Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi  imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Telegram kanalında bildirib.

Zelenskinin sözlərinə görə, BƏƏ-yə 6-cı səfəri zamanı o, ölkə prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.

Zelenski qeyd edib ki, əsas mövzulardan biri ukraynalı hərbçilərin Rusiya əsirliyindən qaytarılmasının müzakirəsi olub. O, BƏƏ-nin bu məsələdə vasitəçiliyinin çoxlarının həyatını xilas etdiyini vurğulayıb və buna görə ölkəyə təşəkkür edib.

“Bu gün ölkələrimiz arasında mühüm iqtisadi saziş imzalanıb. Sənəd demək olar ki, bütün Ukrayna malları üçün BƏƏ bazarına çıxışı maksimum dərəcədə liberallaşdırır. Şirkətlərimiz üçün məhsullarını BƏƏ-də satmaq daha asan olacaq”, – Zelenski yazıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

11 Mart 2025