• Bakı 18° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Vuçiç: Ukraynada sülh tezliklə təmin olunmayacaq

DÜNYA

19 Mart 2025 | 14:07

Vuçiç: Ukraynada sülh tezliklə təmin olunmayacaq

"Amerika və Rusiya liderləri Donald Tramp və Vladimir Putin arasındakı danışıqlar beynəlxalq vəziyyətin yumşaldılmasının əlamətidir".

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç deyib.

O, Amerika və Rusiya liderləri Donald Tramp və Vladimir Putin arasında danışıqları böyük addım adlandırıb.

"Vəziyyət yumşalmağa doğru gedir və bu, əla xəbərdir. Mən sülhün tez və asanlıqla əldə olunacağına inanırammı? Xeyr, mən belə düşünmürəm. Mən vəziyyəti olduğu kimi təqdim etməyə çalışdım. Tərəflərdən biri əhəmiyyətli üstünlük əldə etməyə başlamayana qədər sülhün əldə olunacağına inanmıram", - deyə Vuçiç vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 May 2025
17 May 2025