• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Tajani: Avropanın danışıqlar masasına oturmaq hüququ var

DÜNYA

17 Fevral 2025 | 17:12

Tajani: Avropanın danışıqlar masasına oturmaq hüququ var

İtaliyanın baş naziri Antonio Tajani Rusiya ilə Ukrayna arasında sülh danışıqları ilə bağlı vəziyyətdən danışıb.

Bakıvaxtı.az bu barədə “La Stampa” qəzetinə istinadla xəbər verir.

Belə ki, sözügedən qəzetə müsahibə verən baş nazir proseslər baş verən ərazidə vəziyyətin hələ də çox axıcı olduğunu və Avropanın danışıqlar masasına oturmaq hüququna malik olduğunu bildirib.

"Danışıqlar bir neçə günə yekunlaşmayacaq, bu, aylar çəkəcək bir məsələdir. Biz hələ ilkin hazırlıq mərhələsindəyik. Həmçinin, amerikalıların Avropa ilə məsləhətləşmədən hərəkətə keçdiyinə əminikmi? Bizim Münhendə verəcəyimiz mesaj aydındır: Ukrayna və Avropa bir şəkildə prosesə cəlb edilməlidir",- Tajani əlavə edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

11 Mart 2025