• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Çin ABŞ-ni səhvlərini düzəltməyə çağırıb

DÜNYA

17 Fevral 2025 | 16:40

Çin ABŞ-ni səhvlərini düzəltməyə çağırıb

Çin Vaşinqtonu Tayvanın müstəqillik tərəfdarlarına "yanlış siqnal" göndərməkdə ittiham edib. Buna səbəb ABŞ Dövlət Departamentinin Tayvan haqqında məlumat bülletenini yeniləyərək onun müstəqilliyinə dəstəkləməməsi barədə qeydi silməsi olub.

Bakıvaxtı.az “Reuters”ə istinadən xəbər verir ki, Pekin ABŞ tərəfini dərhal öz hərəkətlərini düzəltməyə çağırıb.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tzyakun bazar ertəsi bildirib ki, bu dəyişikliklər "geriyə doğru ciddi bir addım " olub və "ABŞ-nin Çini məhdudlaşdırmaq üçün Tayvandan istifadə etmək kimi səhv siyasətinə inadkar bağlılığını" nümayiş etdirib.

Dövlət Departamentinin saytındakı bülletenin yenilənməsi "biz Tayvanın müstəqilliyini dəstəkləmirik" ifadəsinin silinməsi ilə yanaşı, Tayvanın ABŞ ilə texnologiya və yarımkeçiricilərin hazırlanması layihələri çərçivəsində əməkdaşlığını da qeyd edir. Həmçinin ABŞ mümkün olan yerlərdə Tayvanın beynəlxalq təşkilatlarda üzvlüyünü dəstəkləmək niyyətini ifadə edib.

ABŞ Dövlət Departamenti bildirib ki, yeniləmə planlı işin bir hissəsidir və Vaşinqtonun vahid Çin siyasətinə sadiq qaldığını göstərir. Qurumun nümayəndəsi qeyd edib ki, ABŞ status-kvonun birtərəfli dəyişdirilməsinə qarşı çıxır və tərəflər arasında fikir ayrılıqlarının sülh yolu ilə həll olunmasını dəstəkləyir.


SON XƏBƏRLƏR

11 Mart 2025