• Bakı 11° C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

ABŞ Ukraynaya qoşun yeridə bilər: SƏBƏB

DÜNYA

17 Fevral 2025 | 14:38

ABŞ Ukraynaya qoşun yeridə bilər: SƏBƏB

ABŞ Ukraynaya qoşun yeridəcəyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "NBC telekanalı" adı açıqlanmayan mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ hökuməti Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə edildikdən sonra Ukraynadakı faydalı qazıntı yataqlarını qorumaq üçün öz ordusunu göndərə bilər.

Qeyd olunub ki, bu yaxınlarda Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-nin vitse-prezidenti J.D.Vansın Vaşinqtonun Ukraynanın mineral ehtiyatlarına çıxışı ilə bağlı saziş imzalamaq xahişindən imtina etdiyini bildirib .

O, qərarını onunla əsaslandırıb ki, təklif olunan sənəd Ukraynanın maraqlarına uyğun deyil.

Mina Mikayılova


SON XƏBƏRLƏR

16 Mart 2025
15 Mart 2025