• Bakı C

    15.18 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Baxçalıdan İmamoğlunun həbsinə REAKSİYA

DÜNYA

19 Mart 2025 | 13:00

Baxçalıdan İmamoğlunun həbsinə REAKSİYA

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlunun həbsinə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o deyib ki, heç kim toxunulmaz və əlçatmaz deyil.

"Əkrəm İmamoğlu ilə bağlı verilən məhkəmə qərarına səbr və sağlam düşüncə ilə yanaşmaq, qanunun verdiyi hər qərara hörmətlə yanaşmaq, ortaq məsuliyyət olmalıdır. Qanuni bir tədbiri çevriliş adlandıraraq qaralamaq, hüquq axtarışına çıxmaq üçün küçələrə çıxmağa hazırlaşmaq dəli olmuş, ağıl və əxlaq səviyyəsini itirmiş siyasi fəsaddır.

Mən Türkiyə məhkəmə sisteminə tam güvənirəm. Təqsirsizlik məhkəmə tərəfindən sübuta yetirilənə qədər vacibdir", - Baxçalı qeyd edib.


SON XƏBƏRLƏR