• Bakı C

    15.18 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

İranda ilaxır çərşənbədə 5 mindən çox adam xəsarət aldı - YENİLƏNİB

DÜNYA

19 Mart 2025 | 13:03

İranda ilaxır çərşənbədə 5 mindən çox adam xəsarət aldı - YENİLƏNİB

İranda Novruz çərşənbələrində yaralananların sayı 5500-ü ötüb.

Bakıvaxtı.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran Fövqəladə Hallar İdarəsinin sözçüsü Babək Yektapərəst bildirib.

    Onun sözlərinə görə, indiyə qədər baş verən hadisələrdə 5568 nəfər xəsarət alıb, 19 nəfər ölüb.

    Bildirilib ki, xəsarət alanlardan 338 nəfərin bədən üzvləri amputasiya olunub.

    Ən çox yaralananlar Tehran (1049 nəfər), Şərqi Azərbaycan (866 nəfər) və Qərbi Azərbaycan (620 nəfər) vilayətindəndir.

    ***

    10:16

    Tehran əyalətlərində çərşənbə şənliklərində mindən çox adam xəsarət alıb.

    Bakıvaxtı.az
     xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalında məlumat verilib.

    İran Fövqəladə Hallar İdarəsinin sözçüsü Babək Yektapərəst xəsarət alanların sayının 1308 nəfər olduğunu deyib.

    Məlumata görə, İranda İlaxır çərşənbə münasibətilə keçirilən şənliklərə basqın təhlükəsizlik qüvvələri ediblər.

    Güneyli gənclər repressiv qüvvələrin basqıları ilə üzləşsələr də, “Azərbaycan var olsun, istəməyən kor olsun!” şüarını səsləndiriblər. 

    Zorakılıqla üzləşən insanlar repressiv qüvvələrə etirazlarını bildirmək üçün “Namussuz!” şüarı səsləndiriblər.

    Nuriyyə Musayeva


    SON XƏBƏRLƏR