• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İsrailin mərkəzi bölgələrində hava həyəcanı elan edilib

DÜNYA

18 Yanvar 2025 | 13:11

İsrailin mərkəzi bölgələrində hava həyəcanı elan edilib

İsrailin mərkəzi rayonlarında raket təhlükəsi barədə xəbərdarlıq edən hava həyəcanı sirenləri işə düşüb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, həyəcan siqnalları Təl-Əvivin ətraf ərazilərində də eşidilib.

Ordunun mətbuat xidmətindən bildirilib ki, hava həyəcanı Yəməndən raketin atılması ilə əlaqədar elan edilib.

"Yəməndən mərmi atıldıqdan sonra İsrailin mərkəzi hissəsindəki bir sıra rayonlarda sirenlər səslənib. Təfərrüatlar araşdırılır", - məlumatda deyilir.

Ordu daha sonra İsrail Hərbi Hava Qüvvələri tərəfindən raketin zərərsizləşdirildiyini bildirib. Hazırda xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026