Fevralın 18-də Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndə heyətlərinin Rusiya-Ukrayna münaqişəsinin həllinə həsr olunmuş görüşü keçiriləcək.
Bakıvaxtı.az "Axios"a istinadən xəbər verir ki, ABŞ və Rusiyanın yüksək səviyyəli nümayəndələri iki ölkənin prezidentləri Donald Tramp və Vladimir Putin arasında danışıqlara hazırlıq məsələlərini də müzakirə edəcəklər.
ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff daxil olacaq.
Nəşrin məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski və onun ofisinin rəhbəri Andriy Yermak ABŞ və Rusiya arasında Səudiyyə Ərəbistanında keçiriləcək məsləhətləşmələrdə iştirak etməyi planlaşdırmırlar. Bu görüş Ukrayna hökumətində böyük narazılıq yaradıb. Ukrayna ABŞ və Rusiyanın Kiyevin arxasında razılığa gələcəyindən narahatdır.
Gülşən Şərif