• Bakı C

    15.03 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Bir gün əvvəl diplomu qanunsuz şəkildə ləğv edilib - İmamoğlunun həyat yoldaşı 

DÜNYA, CƏMİYYƏT

19 Mart 2025 | 11:32

Bir gün əvvəl diplomu qanunsuz şəkildə ləğv edilib - İmamoğlunun həyat yoldaşı 

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrəm İmamoğlu saxlanılıb. O, “cinayət təşkilatı yaratmaq, rüşvət almaq, dələduzluq” kimi ağır cinayətlərdə ittiham olunur.

Bakıvaxtı.az xəbər verir ki, İmamoğlunun oğlu və həyat yoldaşı da açıqlama verib.

Siyasətçinin oğlu Mehmet Selim İmamoğlu atasının saxlanılmasını ədalətsizlik adlandırıb. “Bu ölkəyə xidmət edən bir insanı, sanki bir terrorçunu tuturlar kimi şəfəq əməliyyatı ilə evindən aparırlar. Bu, qəbul edilə bilən bir şey deyil” – deyə oğlu bildirib.

İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu isə hadisənin detallarını açıqlayıb. Onun sözlərinə görə, polis qrupları imsakdan dərhal sonra evə gəlib: “Ekrem bəy hazırlandı və 07:30-da evdən ayrıldı. Gələn polislər nəzakətli davrandılar. Evdə 13 yaşlı qızımız da var, amma o, hər şeyə rəğmən məktəbə getmək istədiyini bildirdi”

Dilek İmamoğlu həmçinin bildirib ki, bu hadisədən bir gün əvvəl həyat yoldaşının diplomu qanunsuz şəkildə ləğv edilib. O, İmamoğluna qarşı yayılan ittihamları təkzib edib, bunların yalan və böhtan olduğunu vurğulayıb.

 


SON XƏBƏRLƏR