• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Cənubi Koreyada prezidentə dəstək mitinqində 17 nəfər saxlanılıb

DÜNYA

18 Yanvar 2025 | 16:00 | Müəllif: Gülşən Şərif

Cənubi Koreyada prezidentə dəstək mitinqində 17 nəfər saxlanılıb

Koreya Respublikasının prezidenti Yun Sok Yolun həbs müddətinin uzadılmasının zəruriliyi ilə bağlı dinləmələrin keçirildiyi Qərb Dairə Məhkəməsinin ərazisinə icazəsiz daxil olmağa cəhd edən ən azı 17 nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, onların prezidentin tərəfdarları olduğu ehtimal edilir.

Məhkəmə binasının qarşısında prezidentin həbsdən azad edilməsi tələbi ilə mitinq keçirilir. Polisin qiymətləndirmələrinə görə, mitinqdə təxminən 12 min nəfər iştirak edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026