• Bakı C

    9.06 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Avropa liderləri toplaşır: Ukraynaya qoşun yeridilməsi müzakirə ediləcək

DÜNYA

17 Fevral 2025 | 13:30

Avropa liderləri toplaşır: Ukraynaya qoşun yeridilməsi müzakirə ediləcək

Avropa liderlərinin fevralın 17-də Parisdə keçiriləcək görüşündə əsas diqqət Ukraynada gələcək atəşkəs xəttinin arxasında “dəstək” rolunu oynayacaq qoşunların mümkün yerləşdirməsi məsələsinə yönələcək.

Bakıvaxtı.az xəbər verir ki, “Financial Times” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Almaniya Ukraynaya “sülhməramlı qüvvələr” göndərilməsi ideyasına ehtiyatla yanaşır.

Avropa İttifaqına üzv ölkələrin liderləri Parisdə keçiriləcək görüşdə, həmçinin ABŞ-ın iştirakından asılı olmayaraq, Avropanın müdafiə qabiliyyətini təmin etmək üçün konkret planları müzakirə edəcəklər. Nəşr qeyd edib ki, Avropa İttifaqı Ukrayna müharibəsinin sülh yolu ilə nizamlanması üzrə ABŞ və Rusiya arasında danışıqlara təcili reaksiya verməyə çalışır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində, xarici hərbi kontingentlərin Ukraynada yerləşdirilməsinin son dərəcə mənfi nəticələrə səbəb olacağını bildirib.


SON XƏBƏRLƏR

20 Mart 2025