• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Gürcüstanın sabiq Baş naziri hücuma məruz qalıb - VİDEO

DÜNYA

17 Fevral 2025 | 13:40

Gürcüstanın sabiq Baş naziri hücuma məruz qalıb - VİDEO

Gürcüstanın sabiq Baş naziri, müxalif “Gürcüstan Naminə” partiyasının lideri Giorgi Qaxariya hava limanında hücuma məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, Tbilisi limanında Qaxariyaya bir neçə yumurta atan şəxs onu alçaldıcı ifadələrlə təhqir edib.

İnsidentin görüntüləri sosial şəbəkədə yayılıb.

“Gürcüstan Naminə” partiyası bəyanatında insidentin Qaxariya Münhen Təhlükəsizlik Konfransından qayıdarkən baş verdiyini bildirib. Partiya insidentin hakim partiya tərəfindən təşkil edildiyini bəyan edib və polisi fəaliyyətsizlikdə günahlandırıb.


SON XƏBƏRLƏR

11 Mart 2025