İran Ali Məhkəməsinin öldürülən hakimləri terrorçuluq və casusluqda şübhəli bilinənlərin işlərinə baxırdılar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin məhkəmə hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Yerli KİV-in məlumatına görə, hücum edən şəxs özünü öldürüb.
Dəqiqləşdirilmiş məlumata görə, yaralanan şəxs hakim yox, mühafizəçilərdən biri olub.
***
12:37
Tehran Ədliyyə Sarayının qarşısında atışma olub.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.
Tehranda Ali Məhkəmənin üç hakiminə silahlı hücum edilib, onlardan ikisi öldürülüb.
Hakimlərdən biri isə yaralanıb.
Məlumata görə, hücum edən şəxs sonra intihar edib.