• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avropa sürətlə yeni böhrana yaxınlaşır - Orban

DÜNYA

18 Yanvar 2025 | 19:21 | Müəllif: Subhan Mahmudov

Avropa sürətlə yeni böhrana yaxınlaşır - Orban

Rusiya qazının tranzitini dayandıran Ukrayna və Rusiyanın neft-qaz şirkətlərinə qarşı sanksiyalar tətbiq edən ABŞ-ın hərəkətləri Avropanı yeni enerji böhranı ilə hədələyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

"Son günlər Avropanın enerji təchizatı sahəsində narahatedici hadisələr baş verib. Ukraynalılar qazın Macarıstana daxil olduğu boru kəmərini bağladılar və ABŞ administrasiyası Avropada enerji qiymətlərinin artmasına səbəb olan sanksiyalar tətbiq etdi. Avropa sürətlə yeni enerji böhranına yaxınlaşır", - Orban bildirib.

Orban qeyd edib ki, Ukrayna və ABŞ-ın hərəkətləri artıq Avropada yanacağın qiymətinin artmasına səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026