• Bakı 25° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Zelenski: Trampın xüsusi nümayəndəsi Ukraynaya səfər edəcək

DÜNYA

17 Fevral 2025 | 17:21

Zelenski: Trampın xüsusi nümayəndəsi Ukraynaya səfər edəcək

ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq fevralın 20-22-də Kiyevə səfər edəcək.

Bakıvaxtı.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski BƏƏ-də keçirdiyi mətbuat konfransında bildirib.

O, K.Kelloqla danışıqlar aparacağını deyib. Həmçinin xüsusi nümayəndənin Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı Aleksandr Sırski və müdafiə naziri Rüstəm Umerovla görüşləri planlaşdırılır.

"Düşünürəm ki, onun keçirdiyi görüşlərdən və Birləşmiş Ştatlara qayıtdıqdan sonra mənim ABŞ Prezidenti Donald Trampla görüşümün nə vaxt olacağını biləcəyik", - deyə o qeyd edib.


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025