• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qəzzada atəşkəs razılaşmasının təfərrüatı...

DÜNYA

18 Yanvar 2025 | 20:41 | Müəllif: Subhan Mahmudov

Qəzzada atəşkəs razılaşmasının təfərrüatı...

İsrail hökumətinin Qəzza zolağında atəşkəs və girov mübadiləsi razılaşmasını təsdiqləməsindən sonra razılaşmanın təfərrüatı və planlaşdırılan addımlar ortaya çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, atəşkəs qüvvəyə mindikdən sonra İsrail hərbi hava qüvvələri Qəzzada müşahidə fəaliyyətini və bölgə üzərində bütün uçuşları dayandıracaq.

Razılaşmanın ilk 42 günlük mərhələsində İsrail hava qüvvələri məhbusların azad edildiyi günlərdə 12 saat, digər günlərdə isə 10 saat Qəzza üzərindəki əməliyyatlarını dayandıracaq.

İsrail hökumətinin Nazirlər Kabinetinin qərarına əsasən, müqavilənin qüvvəyə mindiyi ilk gün saat 16:00-dan sonra (Bakı vaxtı ilə 18:00) məhbus mübadiləsinin baş tutacağı gözlənilir.

İsrail Səhiyyə Nazirliyi israilli girovları qəbul etmək üçün 6 xəstəxana hazırlayıb.

İsrailli girovların təhvil verilməsindən sonra 90-a yaxın fələstinli məhbus da İsrail həbsxanalarından azad ediləcək.

Əvvəlki məhbus mübadiləsi razılaşmalarında fələstinlilərin sevincli nümayişlərindən İsrailin narahat olduğu və bunun qarşısını almaq istədiyi mətbuatda yer alıb./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026