Erməni revanşist hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan (Srbazan) İrana səfərə gedib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, səfərlə bağlı məlumat gizli saxlanılıb, hətta hərəkatın siyasi şurası da bundan xəbərsiz olub.
Mənbənin məlumatına görə, Srbazan növbəti iki gün ərzində İranın yüksək vəzifəli rəsmiləri və din xadimləri ilə görüşlər keçirəcək.
O, artıq Erməni Apostol Kilsəsinin Tehran yeparxiyasının rəhbəri arxiyepiskop Sepux Sarkisyanla görüşüb. Qalstanyan bu gün axşam İranın erməni icmasının nümayəndələri ilə görüş keçirəcək.