"Azərbaycan-Türkiyə münasibətləri liderlərimizin vizionu, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlib".
Bakıvaxtı.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
Ceyhun Bayramov deyib ki, bu münasibətləri inkişaf etdirmək üçün Ən müxtəlif platformalar mövcuddur:
“Bu sırada Strateji Əməkdaşlıq Şurasını, Hökumətlərarası komissiyanı və digər formatları qeyd etmək istəyərdim. Şakane Fidanla hər fürsətdən istifadə edərək sıx təmaslar qururuq. Nə qədər sıx görüşsək də, müzakirə edilməli mövzular çoxdur. Keçən ay Maltada və Misirdə görüşmüşdük, bu gün Hakan Fidan səfərə gəlib. 10 gün sonra Ankarada Türkiyə-Azərbaycan-Özbəkistan formatında görüşümüz olacaq”.