• Bakı C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Sabiq bələdiyyə sədrinə cinayət işi açıldı

CƏMİYYƏT

30 Yanvar 2023 | 18:40

Sabiq bələdiyyə sədrinə cinayət işi açıldı

Balakən rayonunda dövlət əmlakının mənimsənilməsinə görə cinayət işi başlanılıb.

Bu barədə Bakıvaxtı.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Qullar bələdiyyəsində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırma zamanı Ramazan Ömərovun Qullar bələdiyyəsinin sədri işlədiyi müddətdə xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir


SON XƏBƏRLƏR

18 Mart 2024