• Bakı 15° C

    1.74 m/s

Şəhid anası intihara CƏHD ETDİ

CƏMİYYƏT

01 Mart 2023 | 18:06 | Müəllif: Subhan Mahmudov

Şəhid anası intihara CƏHD ETDİ

Göyçay rayonunda intihara cəhd hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, rayonun Qaraxıdır kənd sakini Abdullayeva Gülnar Abdulla qızı bu gün yaşadığı evdə özünü kəndirlə asıb. Qadın həyat yoldaşı Sədiyar Abdullayevə zəng edərək oğlunun şəhid olmasına görə daha dözə bilmədiyini deyib, telefonu söndürüb. Sədiyar Abdullayev dərhal evə gələrək onun özünə qəsd etməsinə mane olub, ölümdən son anda xilas edib. O, huşsuz vəziyyətə düşən həyat yoldaşının boğazından kəndiri çıxararaq onu təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparıb. Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub, hazırda müalicə edilir.

Qeyd edək ki, Gülnar Abdullayeva 44 günlük Vətən Müharibəsində şəhid olan Abdullayev Səməd Sədiyar oğlunun anasıdır.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026