• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Vətəndaşlara kiberdələduzlarla bağlı XƏBƏRDARLIQ

CƏMİYYƏT

01 Mart 2023 | 18:31 | Müəllif: Subhan Mahmudov

Vətəndaşlara kiberdələduzlarla bağlı XƏBƏRDARLIQ

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara kiberdələduzlarla bağlı xəbərdarlıq edib.

Bakıvaxtı.az quruma istinadən xəbər verir ki, kiberdələduzlar saxta veb saytlar vasitəsilə vətəndaşları Trendyol şirkətinin 15 illiyi münasibətilə sorğuda iştirak edərək pul mükafatı qazanmağı vəd edirlər.

Sorğuda iştirak edən istifadəçilərdən kampaniya barədə məlumatı Whatsapp mobil tətbiqi vasitəsilə 5 qrup və ya 20 nəfərə göndərilməsi tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə inanmamağı, belə mesajları heç kəsə göndərməməyi və bu kimi təkliflərlə qarşılaşdıqda şirkətin rəsmi saytına daxil olaraq dəqiqləşdirməyi tövsiyə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR