q
  • Bakı 22° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Sabiq hakimlər vəkil oldular - FOTO

GÜNDƏM

21 Iyun 2024 | 12:01

Sabiq hakimlər vəkil oldular - FOTO

Sabiq məhkəmə hakimləri Məhəmməd Əkbərov və Ələddin Cəfərov vəkilliyə başlayır.

Bakıvaxtı.az xəbər verir ki, eks-hakimlər Vəkillər Kollegiyasının üzvü seçiliblər. Bundan sonra onlar fəaliyyətlərini vəkil kimi davam etdirəcəklər.

Qeyd edək ki, Məhəmməd Əkbərov 5 il Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi işləyib. O, ötən il yaş həddi ilə bağlı təqaüdə göndərilib. M.Əkbərov 1998-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri olub. 2000-2007-ci illərdə Naxçıvan MR İqtisadi Məhkəməsinin, 2007-2017-ci illərdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədri işləyib.

Ələddin Cəfərov isə uzun illər Nəsimi, Yasamal və Nizam rayonlarında məhkəmə sədri və hakim işləyib. O, 2022-ci ildə yaş həddi ilə bağlı təqaüdə göndərilib. Ə. Cəfərov, həmçinin Hakimlər Assosiasiyaları İttifaqının sədridir.


SON XƏBƏRLƏR

08 May 2026