• Bakı 16° C

    3.34 m/s

Şabranda yabanı halda bitən çətənə kolları məhv edilib

CƏMİYYƏT

05 Iyul 2021 | 20:45

Şabranda yabanı halda bitən çətənə kolları məhv edilib

Şabranda yabanı halda bitən çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Gəndov kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Ümumi çəkisi 100 kiloqramdan artıq olan, 234 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026