“Bu il 60 minə yaxın müəllim qeydiyyatdan keçsə də, 46 min 930 nəfər müsabiqədə iştirak edib”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” üzərindən canlı yayımda müəllimlərin işə qəbulu üzrə sualları cavablandırarkən bildirib.
Nazir qeyd edib ki, Müəllimlərin İşə Qəbulu üzrə müsabiqənin aparılması müəllimlərin vakant yerlərdə işlə təmin edilməsinə görədir: “Bu il 60 minə yaxın müəllim qeydiyyatdan keçsə də, 46 min 930 nəfər müsabiqədə iştirak edib. Hazırda 10 min 259 müəllim dövlət məktəblərində işlə təmin olunub. 2021-ci ildə vakant yerlərin sayı 7 min 718-dir. Qeyd edim ki, Bakı, Sumqayıt və Abşeron üzrə müəllimlərə 1055 vakant yer ayrılıb”.
Nuranə Daxilqızı
















