• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Əfqanıstanda qadınlar hüquqlarının müdafiəsinə çıxıblar

CƏMİYYƏT

03 Sentyabr 2021 | 16:12

Əfqanıstanda qadınlar hüquqlarının müdafiəsinə çıxıblar

Onlarla qadın hüquqlarını qorumaq üçün Əfqanıstanın Herat şəhərində nümayiş keçirdi. Qadınlar hökuməti qadın hüquqlarına hörmət etməyə çağırdı.

Bakıvaxtı.az xəbər verir ki, avqustun 15-də Əfqanıstanın paytaxtı Kabul Talibanın nəzarətinə keçdikdən sonra Talibanın qadın hüquqlarına münasibəti də dünya gündəmindədir.

Əfqanıstanın Herat şəhərində onlarla qadın ölkədə qadın hüquqlarının müdafiəsi üçün nümayiş keçirib.

"Qadını dəstəkləməyən heç bir dövlət daimi deyil", "Tələblərimiz təhsil və hər sahədə çalışmaq haqqıdır" plakatlarını daşıyan qadınlar iş, təhsil və azadlıq tələblərini şüarlarla səsləndiriblər.

New York Times qəzetinə verdiyi açıqlamada Taliban sözçüsü Zabihullah Mücahid qadın hüquqları ilə bağlı açıqlamalar verib. Mücahidlər üç gün və ya daha çox davam edəcək səfərlərdə qadınların kişilərin yanında olması lazım olduğunu söyləyib. Mücahid qadınların məktəbə, iş yerinə və ya xəstəxanaya tək gedə biləcəyini də deyib.

Qadınların iş həyatına qayıtmalarına icazə verəcəklərini deyən Mücahid bunun üçün qadınların başlarını örtmələrinin vacib olduğunu söyləyib.

BBC Pashto Xidmətinə danışan Qətərin paytaxtı Dohadakı Taliban sözçüsü Stanikzai "əhatəli" bir hökumət quracaqlarını söyləyib.

Stanikzai yeni idarədə qadınların da olacağını, ancaq hökumətdə qadın nazir olmayacağını açıqlayıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR