Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə, həmçinin yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, yanğın nəticəsində açıq ərazidə 500 kv.m. sahədə qamışlıq yanıb.
Yaxınlıqda yerləşən tikililər və ətraf ərazilər yanğından mühafizə olunub.
***19:25
Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə verməsi barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Bakı 



