• Bakı 20° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Sahibkar AQTA-nın qərarından ŞİKAYƏTÇİDİR 

CƏMİYYƏT

27 Sentyabr 2022 | 17:01

Sahibkar AQTA-nın qərarından ŞİKAYƏTÇİDİR 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Şamaxı Regional Bölməsi məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, sahibkar Məlikov Ramil Mülkəsahib oğlu müvafiq qurumun qərarından Şamaxı Rayon Məhkəməsinə şikayət edib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Şamaxı Regional Bölməsi R.Məlikov barəsində İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsi əsasında protokol tərtib edib.

Həmin maddəyə əsasən heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

R.Məlikov bu qərardan verdiyi şikayətə hakim Natiq İsmayılovun sədirliyi ilə baxılacaq.

İbRa 


SON XƏBƏRLƏR

22 Aprel 2024