Xəbər verdiyimiz kimi, İranın Şiraz şəhərində ziyarətgaha hücum olub.
Bakıvaxtı.az xəbər verir ki, 3 terrorçunun Şah Çərəq türbəsinə təşkil etdiyi silahlı hücumda 2-si uşaq olmaqla 15 nəfər həyatını itirib, 40 nəfər yaralanıb.
Silahlı hücumun məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.
IRNA xəbər agentliyi sözügedən terror aktının bir sıra görüntülərini yayıb.
Həmin görüntüləri təqdim edirik:
Aytac Aslan

















