• Bakı 14° C

    2.37 m/s

"Şalke"baş məşqçi ilə vidalaşdı

İDMAN

06 Mart 2022 | 15:00

"Şalke"baş məşqçi ilə vidalaşdı

Almaniya "Şalke"si baş məşqçisi Dimitrios Qrammozislə yollarını ayırıb.

Bakıvaxtı.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı yunanıstanlı mütəxəssislə birlikdə onun köməkçiləri Sven Pipenbrok və Uil Kurt da istefaya göndərilib.

Klubun idman direktoru Ruven Şreder bildirib ki, Bundesliqaya çıxmaq şansları davam etdiyindən məşqçilər heyətində yeni nəfəsə ehtiyac var.

Qrammozisin Gelzenkirhen təmsilçisi ilə bu ilin yayınadək müqaviləsi var idi.

Qeyd edək ki, "Şalke" 25 turdan sonra 41 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komandanı lider "Darmştadt"dan cəmi 6 xal ayırır.

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov "Şalke"nin U-23 komandasında çıxış edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026