"Bizim demokratiyamız yalnız bizim üçün deyil, həm də bütün region üçün vacibdir".
Bakues.az "İnterpress.ge"yə istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili deyib.
Onun sözlərinə görə, Gürcüstan xalqı öz taleyini əlində saxlamalı və ölkə daxilindəki mübarizə yalnız dinc yollarla aparılmadır:
"Gürcüstan geopolitik cəhətdən önəmli bir mövqedədir. Əgər Rusiya Cənubi Qafqazda irəliləyəcəksə, bu, sadəcə Gürcüstanla bağlı deyil, bir çox digər ölkələrdə də səsvermənin manipulyasiyasına səbəb ola bilər".
Gülşən Şərif