Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Salyan şəhərində Əmək yarmarkası keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu gün keçirilən əmək yarmarkası 23 işəgötürənlə ilə birgə təşkil olunub.
Tədbirdə Agentliyin, tərəfdaş şirkətlərin rəhbər şəxsləri və əməkdaşları iştirak edib.
İşəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib, işsiz və işaxtaran şəxslərə 119 boş iş yerləri (əməkhaqqı 350-1000 manat aralığına) təqdim olunub.
Filial tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil olunaraq işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 401 vətəndaşla iş aparılıb, uyğun namizədlər tədbirə cəlb edilib. Cəlb edilmiş şəxslər sirasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər yer almaqdadır.
İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.








jpg-1728122151.webp)






jpg-1728119093.webp)



