• Bakı 23° C

    7.28 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Şamaxıda keçmiş məhkum daşla öldürüldü

HADİSƏ

14 May 2022 | 11:14

Şamaxıda keçmiş məhkum daşla öldürüldü

Şamaxı rayon Polis Şöbəsinə mayın 14-ü saat 01 radələrində şəhər ərazisində rayon sakini, əvvəllər məhkum olunmuş Şəfayət Hacıyevin bıçaqla və daşla vurularaq öldürülməsi barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən bildirilib. Verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla Ş.Hacıyevin aralarında yaranmış münaqişə zəminində M.Rizvanov tərəfindən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Rizvanov “isti izlər”lə tutularaq istintaqa təhvil verilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


SON XƏBƏRLƏR

23 Aprel 2024