• Bakı 22° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Polis Bərdədə əməliyyat keçirdi - Saxlanılan var

HADİSƏ

13 Iyun 2022 | 11:05

Polis Bərdədə əməliyyat keçirdi - Saxlanılan var

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Arif Ağayev saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 113 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.


Polis Bərdədə əməliyyat keçirdi - Saxlanılan varPolis Bərdədə əməliyyat keçirdi - Saxlanılan var
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026