• Bakı 24° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Bakıda qəza oldu - Ölən var

HADİSƏ

13 Iyun 2022 | 10:43

Bakıda qəza oldu - Ölən var

Bakıda avtomobillər toqquşub, ölən var.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildiirlib ki, hadisə iyunun 12-si saat 14 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, paytaxt sakini C.İsmayılzadənin idarə etdiyi “Hyundai” və Gədəbəy rayon sakini E.Quliyevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə C.İsmayılzadə və sərnişini olan anası İqlimə Nəsiri xəstəxanaya yerləşdirilib, qadın orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026