• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Samuxda çətənə kolları yetişdirən şəxs saxlanıldı

HADİSƏ

28 Iyun 2024 | 08:40 | Müəllif: Qalib İbrahimoğlu

Samuxda çətənə kolları yetişdirən şəxs saxlanıldı

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən Rüstəm Qurbanov saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada yetişdirilən 35 ədəd çəkisi 16 kiloqram olan narkotik xassəli çətənə kolları aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026