• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Sarqsyandan Qazaxdakı sərhəd dirəyinə REAKSİYA

DÜNYA

24 Aprel 2024 | 17:37

Sarqsyandan Qazaxdakı sərhəd dirəyinə REAKSİYA

"Azərbaycanla hazırkı delimitasiya prosesi sülhə yox, yeni çətinliklərə gətirib çıxarır".

Bakıvaxtı.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan jurnalistlərə bildirib.

O qeyd edib ki, sivil dünyada delimitasiya adətən hansısa sazişin imzalanmasından əvvəl olur. "Yalnız bundan sonra əməli addımlar atılır. Ermənistan-Azərbaycan prosesində isə əksinədir. Məsələn, götürək, eyni qoşunların Tavuşdakı işğal olunmuş mövqelərdən çıxarılması, sərhəd dirəyinin quraşdırılması və s.", - eks-prezident qeyd edib.

Sarqsyan yaranmış vəziyyətdən çıxış yolunu hazırkı hakimiyyətin istefasında gördüyünü deyib.

"Müxalifət indiyədək ilk növbədə parçalanma səbəbindən buna nail ola bilməyib. Unutmaq olmaz ki, hakimiyyət kənardan dəstək alır", - deyə Sarqsyan bildirib.

Xatırladaq ki, ötən gün Azərbaycanla Ermənistan arasında sərhəddə (Qazax rayonu) yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024