• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ərdoğan: "Məzlumları müdafiə edən mexanizm yoxdur"

DÜNYA

24 May 2024 | 16:25 | Müəllif: Gülşən Şərif

Ərdoğan: "Məzlumları müdafiə edən mexanizm yoxdur"

"İsrailin Qəzzada törətdiyi kütləvi qətllər qlobal nizamın acizliyini ortaya qoydu".

Bakıvaxtı.az "A Haber"ə istinadən xəbər verir ki, bunu Albaraka İslam Maliyyə Sammitində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, hazırda beynəlxalq sistemdə tarazlıq pozulub. Qeyri-sabitlik və xaos dünyanın hakim rənginə çevrilib. 

"Rusiya-Ukrayna müharibəsi, ardınca isə oktyabrın 7-də Qəzza böhranı başladı. Dünyada asayişin qorunmasına cavabdeh olan strukturların pozulmuş nizamı bir daha ortaya çıxdı". - deyə Prezident vurğulayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026