• Bakı C

    7.54 m/s

  • USD - 1.7

    EUR - 1.8403

    RUB - 0.0183

“Səbail” ən böyükhesablı kubok qələbəsini qazandı

İDMAN

29 Noyabr 2023 | 13:26

“Səbail” ən böyükhesablı kubok qələbəsini qazandı

“Səbail” tarixinin ən böyükhesablı kubok qələbəsini qazanıb.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Şahin Diniyevin yetirmələri buna Azərbaycan Kubokunun 2023-2024-cü illər mövsümünün II təsnifat mərhələsində “Şəfa”nı 7:0 hesabı ilə məğlub etməklə nail olub. Bu, həm də “dənizçilər”in tarixində bütün turnirlər nəzərə alınmaqla ən böyükhesablı səfər qələbəsinin təkrarıdır.

Bakı klubu I divizionda oynadığı 2016-2017-ci illər mövsümündə də rəqib meydanında 7 top fərqi ilə qalib gəlib.

2017-ci il fevralın 22-də “Səbail” “Göyəzən”lə səfər matçında indiki kimi 7 cavabsız qolla üstün olub. Həmin rekordu təxminən 6 il 9 aydan – 2470 gündən sonra təkrarlayan paytaxt təmsilçisi tarixinin üç ən böyükhesablı qələbəsindən birini bayram edib.

“Səbail” tarixinin ən böyük qalibiyyəti də I divizionda qeydə alınıb. Paytaxt klubu “Bakılı”nı 11:3 hesabı ilə məğlub edib. 2016-cı il noyabrın 24-dəki həmin rekord fərqin təkrarlanması üçün bir top çatmayıb.


SON XƏBƏRLƏR

23 Fevral 2024