q
  • Bakı 18° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Məşhur boksçu İslamı qəbul etdi - Adını dəyişdi

İDMAN

28 Dekabr 2023 | 19:21

Məşhur boksçu İslamı qəbul etdi - Adını dəyişdi

29 yaşlı amerikalı boksçu Qervonta Devis gözlənilməz addım atıb.

Bakıvaxtı.az xəbər verir ki, o, adını dəyişərək Əbdül Vahid qoyub. Baltimorlu döyüşçü bu addımı İslamı qəbul etməsi nəticəsində atıb.

Beləliklə, Devis əfsanəvi amerikalı boksçu Məhəmməd Əlinin addımını təkrarlayıb. Bir zamanlar Kassius Kley də İslamı qəbul edib və adını dəyişib.

Qeyd edək ki, Əbdül Vahid peşəkar karyerası ərzində keçirdiyi 29 görüşün hamısında qələbə qazanıb. Uğurlarına baxmayaraq, o, hələ də yüngül çəkidə titul qazana bilməyib./publika.az


SON XƏBƏRLƏR

17 May 2026