• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Seçkiqabağı təşviqatın aparılması müddəti açıqlandı

SİYASƏT

08 Dekabr 2023 | 22:52

Seçkiqabağı təşviqatın aparılması müddəti açıqlandı

Növbədənkənar Prezident seçkilərində seçkiqabağı təşviqatın aparılması müddəti açıqlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi “Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı”nda əksini tapıb.

Qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Beləliklə, növbədənkənar prezident seçkilərində seçkiqabağı təşviqat 2024-cü il yanvarın 15-i başlayır, fevralın 6-sı saat 8.00-da dayandırılır.


SON XƏBƏRLƏR

26 Iyul 2024