• Bakı 23° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Səfir: Estoniya Azərbaycanın Ermənistanla sülh müqaviləsinə nail olunması istiqamətində səylərini məmnunluqla izləyir

SİYASƏT

14 Oktyabr 2024 | 17:40

Səfir: Estoniya Azərbaycanın Ermənistanla sülh müqaviləsinə nail olunması istiqamətində səylərini məmnunluqla izləyir

Estoniya Azərbaycanın Ermənistanla sülh müqaviləsinə nail olunması istiqamətində səylərini məmnunluqla izləyir və bununla bağlı beynəlxalq səviyyədə göstərilən səyləri də dəstəkləyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Estoniyanın səfiri Vayno Reynart Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edərkən deyib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh prosesinin təşəbbüskarı olub və sülh müqaviləsinin baza prinsiplərini irəli sürüb.

Bu istiqamətdə fəal işin getdiyini bildirən Azərbaycan Prezidenti sülh müqaviləsinin bütün müddəaları üzrə razılaşmaların əldə olunmasının vacibliyini bildirdi, regional sabitliyə xidmət etməsi baxımından bu müqavilənin hər bir müddəasının önəminə toxundu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026