• Bakı C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Səfirlik işçisini qətlə yetirən mühafizəçiyə hökm oxundu - VİDEO

CƏMİYYƏT

28 Mart 2023 | 18:34

Səfirlik işçisini qətlə yetirən mühafizəçiyə hökm oxundu - VİDEO

2021-ci il avqustun 29-u saat 21 radələrində baş verən cinayət işi üzrə istintaq yekunlaşıb. 

Bakıvaxtı.az xəbər verir ki, həmin tarixdə Vüqar Mustafayev, Valeh Muxtarov və Ramil Qədimov “pub”a daxil olmaq istəyəndə mühafizəçi Orxan Şahbazov geyimlərinə görə onları saxlayıb, içəri buraxa bilməyəcəyini deyib. 

Belə ki, müdiriyyətin qoyduğu qaydalara əsasən, tərlikdə olan və corabsız şəxslərin məkana girişi qadağan edilib. Onlar daha sonra geyimini dəyişərək yenidən həmin yerə gəliblər. Rezerv etdikləri hissədə başqalarının oturduqlarını gördükdə mübahisə daha da böyüyüb. Obyektin sahibi içəriyə xanımsız daxil ola bilməyəcəklərini bildirib. Orxan Şahbazov buna etirazını bildirən Valeh Muxtarovun üzünə yumruqla zərbə vurub. Həmin an O.Şahbazov arxasında dayanan və onun çiyninə toxunan Vüqar Mustafayevin də üzünə iki zərbə endirib. 

Nəticədə Vüqar Mustafayev müvazinətini itirib, 2 metrdən çox olan hündürlükdən arxası üstə yıxılaraq, ölümlə bilavasitə əlaqəsi olan xəsarətlər alıb. O, aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.

Sosial şəbəkələrdə fitnes məşqçisi kimi tanınan Orxan Şahbazov məşhur simaların mühafizəçisi olub. Qətlə yetirilən Vüqar Mustafayev isə uzun müddət Ukraynanın Azərbaycandakı Səfirliyində işləyib.

Polisə könüllü təslim olan Orxan Şahbazov məhkəmə iclasında ittiham üzrə özünü qismən təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Şahbazov 10 il müddətinə azadlıqdan məhrum olunub.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


SON XƏBƏRLƏR

18 Mart 2024