Bakı-Sumqayıt avtobuslarında gediş haqqı artıb.
Bakıvaxtı.az xəbər verir ki, qeyri-rəsmi çalışan mikroavtobuslar şənbə və bazar günlərində, bayramlarda, həmçinin tıxacın olmadığı saatlarda sərnişinləri 1 manata aparırdılarsa, son həftə ərzində qiyməti 50 qəpik artırıblar.
Belə ki, artıq bir neçə gündür, sərnişinlər 1 manat 50 qəpiyə getməli olurlar.
Sakinlərin sözlərinə görə, günorta tıxac olmasa da, qiymət endirilmir. Hətta axşamlar 3 manat gediş haqqı tələb edənlər də olur. /Globalinfo.az














jpg-1685175011.webp)

