• Bakı 20° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

“Evdə təmirə hələ də başlanılmayıb, gərək təzə nazirlə danışam” - Anar

CƏMİYYƏT

27 Aprel 2023 | 17:32

“Evdə təmirə hələ də başlanılmayıb, gərək təzə nazirlə danışam” - Anar

Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın ev-muzeyinin təmir və bərpası təxirə salınıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, buna səbəb mədəniyyət nazirinin dəyişməsi olub.

R.Rzanın oğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev bildirib ki, evdə təmir bərpa işlərinə hələ də başlanılmayıb: “Heç vəsait də ayrılmayıb. Mədəniyyət naziri də dəyişdi. Köhnə nazir Anar Kərimov bir şey etmədi. Gərək təzə nazir Adil Kərimli ilə danışam”.

Qeyd edək ki, 2022-ci il iyunun 23-də Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Sabiq mədəniyyət naziri Anar Kərimov ötən ilin sentyabr ayında Rəsul Rzanın ev-muzeyini ziyarət etmişdi. Ziyarət çərçivəsində ev-muzeyində həyata keçiriləcək təmir və bədii-tərtibat işləri barədə Xalq şairinin ailə üzvləri ilə müzakirələr və fikir mübadiləsi aparılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026